Respublika Çağırış Komissiyasının sədri dəyişdirildi
31 mart 2009 14:00 (UTC +04:00)

Respublika Çağırış Komissiyasının sədri dəyişdirildi

General-leytenant Əlağa Hüseynovu müavini polkovnik Ramiz Məmmədov əvəz edib

Azərbaycan Nazirlər Kabineti «Vətəndaşların 2009-cu ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında» qərar qəbul edib.


Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Baş nazirin birinci müavini Yaqub Eyyubovun imzaladığı qərarla hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibi təsdiqlənib. Ötən çağırış mövsümündə Respublika Çağırış Komissiyasının sədri olmuş Respublika Hərbi Komissarı, general-leytenant Əlağa Hüseynovu bu vəzifədə onun müavini polkovnik Ramiz Məmmədov əvəz edib. Dövlət Sərhəd Xidməti İnspektorluğunun rəisi Ehram Hacıyev isə Komissiyanın sədr müavini təyin olunub.

Qərarla Respublika Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasına vətəndaşların Silahlı Qüvvələrə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə həqiqi hərbi xidmətə çağırışını qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmək həvalə olunub.

Qərarın dördüncü bəndi məxfi olduğundan açıqlanmayıb. Qərara əsasən, Müdafiə, Səhiyyə, Daxili İşlər, Nəqliyyat, Maliyyə nazirlikləri və yerli icra hakimiyyəti orqanları vətəndaşların aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görməlidir.

Qeyd edək ki, Nazirlər Kabineti hər çağırış mövsümü üçün Respublika Çağırış Komissiyasının sədri və üzvlərini təyin edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1264

Oxşar yazılar

Ağdamda azyaşlını it dişlədi

Ağdamda azyaşlını it dişlədi

13 aprel 2025 , 15:33
Bakıda maşın yolda qaldı, tıxac yaratdı -FOTOLENT

Bakıda maşın yolda qaldı, tıxac yaratdı -FOTOLENT

13 aprel 2025 , 15:00
Bakıda kafe yandı

Bakıda kafe yandı

13 aprel 2025 , 14:36
Ucarda zəncirvari qəza:  xəsarət alanlar var -FOTOLENT

Ucarda zəncirvari qəza: xəsarət alanlar var -FOTOLENT

13 aprel 2025 , 14:30
Bakıda evdə yanğın:  1 nəfər xəsarət alıb

Bakıda evdə yanğın: 1 nəfər xəsarət alıb

13 aprel 2025 , 14:20
Zaqatalada fərdi yaşayış evində yanğın oldu  -FOTOLENT

Zaqatalada fərdi yaşayış evində yanğın oldu -FOTOLENT

13 aprel 2025 , 10:07
Ağdaşda FACİƏ:  33 yaşlı kişi özünü asdı

Ağdaşda FACİƏ: 33 yaşlı kişi özünü asdı

13 aprel 2025 , 09:43
Goranboyda maşın piyadanı vurub öldürdü , sürücü qaçdı

Goranboyda maşın piyadanı vurub öldürdü, sürücü qaçdı

13 aprel 2025 , 07:56