Cəlilabadda 21 yaşlı oğlan intihar etdi
16 iyun 2010 10:00 (UTC +04:00)

Cəlilabadda 21 yaşlı oğlan intihar etdi

İyunun 15-də Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın Respublika Prokurorluğunun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sərhədabad kənd sakini, 21 yaşlı Yaşar Xanbaba oğlu Əliyev yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü asıb.


Rayon prokurorluğunun əməkdaşları və rayon Polis Şöbəsinin əməliyyat qrupu tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirib, meyitin məhkəmə-tibbi müayinəsi təmin olunub.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanılıb. Y. Əliyevin ölümünün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. İş üzrə istintaq tədbirləri davam etdirilir.

Vüqar Baba
# 516

Oxşar yazılar