“Əl-Qaidə” üzvü olan 4 azərbaycanlı İnterpol xəttilə axtarılır
Dünyanın müxtəlif terror təşkilatlarının üzvü olmaqda təqsirləndirilən 4 Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan edilib.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Dövlət Təhlükəsizliyi barədə Milli Məclisə təqdim etdiyi hesabatda bildirilir.
Hesabatda qeyd olunub ki, 2009-cu ildə terrorçuluğa, separatizmə, dini ekstremizmə qarşı mübarizə sahəsində Azərbaycanda ciddi əməliyyat tədbirləri həyata keçirilib. Həyata keçirilən əməliyyat tədbirlər nəticəsində bir qrup radikal vəhabinin Pakistanın Şimali Vəziristan vilayətinə getməsi, orada “Əl-Qaidə” terror təşkilatının və taliblərin silahlı birləşmələrinin tərkibində hərbi təlimlərdə iştirak etmələri müəyyən edilib. Həmin şəxslərdən 18 nəfəri müəyyən olunaraq həbs edilib və onların barəsində Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən cinayət işi başlanıb.
Daha 4 Azərbaycan vətəndaşının barəsində isə İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib.

Oxşar yazılar

Bərdədə FACİƏ: toya gələn yeniyetmə çayda BOĞULDU - YENİLƏNİB
9 may 2025 , 18:04
Dava zamanı gəncləri ayıran yaşlı nənə öldü
9 may 2025 , 17:46
Qax sakini şəlalədən yıxıldı - VİDEO - YENİLƏNİB
9 may 2025 , 17:16
Yeddinci mərtəbədən yıxılan qız sağ qaldı
9 may 2025 , 16:04
Masallıda "Prado" aşdı, sürücünün övladları və qohumu öldü - YENİLƏNİB
9 may 2025 , 16:02
Beyləqanda kişi işıq dirəyindən yıxılıb öldü
9 may 2025 , 10:23
Bank kartlarından 11 min manatdan çox pul oğurlandı
9 may 2025 , 10:05