Mingəçevir su anbarında 2 nəfər batıb
11 mart 2010 11:30 (UTC +04:00)

Mingəçevir su anbarında 2 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları su anbarında axtarış aparırlar


10 mart 2010-cu il tarixində axşam saatlarında Samux rayon sakinləri 1966-cı il təvəllüdlü Asif Yaqub oğlu Əhmədov və 1972-ci il təvəllüdlü Rəfail Kamal oğlu Vəliyev Mingəçevir su anbarında balıq tutmaq məqsədi ilə evdən çıxıb və bir daha geri qayıtmayıblar.


Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, daxil olmuş müraciət əsasında 11 mart 2010-cu il tarixindən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qeyd olunan su hövzəsində batdığı ehtimal olunan şəxslərin axtarışlarına cəlb olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348

Oxşar yazılar