Tələbələrin Amerika səfirliyinin qarşısında aksiyası başa çatıb
Bu gün “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyinin təşkilatçılığı ilə Amerikanın Azərbaycandakı səfirliyi qarşısında 200-dək tələbə etiraz aksiyası keçirilib
Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, tələbələr ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda tələbələrin 50 faizdən çoxunun narkoman olması ilə bağlı yer alan məqama etirazlarını bildiriblər. İctimai Birliyin sədri Şahin İsmayılov bildirib ki, Azərbaycanda tələbələrin 50 faizdən çoxu xanımdır və hesabatda onların narkoman olması ilə bağlı məqam ədalətsizdir.
Aksiyada bu şüarlar səslənir – “ABŞ Dövlət Departamentinin hesabatına yox deyirik”,
“Ədalətsiz hesabat”, “Narkomaniyaya yox”.
Tələbələrin aksiyasına Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verildiyi üçün polis müdaxilə etmir. Bunu Lent.az-a Nəsimi rayon Polis İdarəsi ictimai təhlükəsizlik şöbəsinin rəisi polkovnik-leytenant Muxtar Muxtarov deyib. İcazə saat 15.00-dan 16.00-dək verilib.
Təxminən 45 dəqiqə davam edən aksiya başa çatıb. Birliyin sədri aksiya aksiyanın bəyanatını səfirliyə təqdim edib.
Ramiz Mikayıloğlu

Oxşar yazılar

Tərtərdə "Mercedes"lə "Prius" toqquşdu, 4 yaralı var
9 may 2025 , 18:43
Bərdədə FACİƏ: toya gələn yeniyetmə çayda BOĞULDU - YENİLƏNİB
9 may 2025 , 18:04
Dava zamanı gəncləri ayıran yaşlı nənə öldü
9 may 2025 , 17:46
Qax sakini şəlalədən yıxıldı - VİDEO - YENİLƏNİB
9 may 2025 , 17:16
Yeddinci mərtəbədən yıxılan qız sağ qaldı
9 may 2025 , 16:04
Masallıda "Prado" aşdı, sürücünün övladları və qohumu öldü - YENİLƏNİB
9 may 2025 , 16:02
Beyləqanda kişi işıq dirəyindən yıxılıb öldü
9 may 2025 , 10:23