İsgəndər Həmidov 6 saat huşsuz qalıb
Sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhətində problem yaranıb.
Bu barədə Lent.az-a açıqlamasında onun özü məlumat verib. Belə ki, martın 8-i saat 18.00 radələrində o, qəflətən huşunu itirib. İ.Həmidov yalnız həkim müdaxiləsilə 6 saatdan sonra özünə gəlib. Ona ilk yardımı professor Adil Qeybulla edib.
İ.Həmidovun huşunu itirməsinə səbəb təzyiqinin qalxması olub.
Sabiq daxili işlər naziri onda təzyiq qalxmasının ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı” ilə bağlı qərar qəbul edəndən sonra müşahidə olunduğunu bildirib: “Mən gördüm ki, bu “soyqırım” məsələsi Dağlıq Qarabağın başında çatlayacaq. Həmin vaxt çox əsəbiləşmişdim”.
Hazırda özünü yaxşı hiss edən İ.Həmidov martın 11-də həkim müayinəsindən keçəcəyini bildirib.
Qeyd edək ki, İsgəndər Həmidov 1948-ci ildə Kəlbəcər rayonunda dünyaya gəlib. 1988-ci ildə başlanan milli azadlıq hərəkatının liderlərindən olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər daxili işlər naziri vəzifəsində çalışıb. 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusun həbsdən azad etmək, “İstiqlal” qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.
Sonralar Azərbaycan Milli Demokrat Partiyasını yaradaraq bu partiyaya sədrlik edib. İki il əvvəl – 2008-ci ildə siyasətdən getdiyini bəyan edib.
Pərvin ABBASOV

Oxşar yazılar

Tərtərdə "Mercedes"lə "Prius" toqquşdu, 4 yaralı var
9 may 2025 , 18:43
Bərdədə FACİƏ: toya gələn yeniyetmə çayda BOĞULDU - YENİLƏNİB
9 may 2025 , 18:04
Dava zamanı gəncləri ayıran yaşlı nənə öldü
9 may 2025 , 17:46
Qax sakini şəlalədən yıxıldı - VİDEO - YENİLƏNİB
9 may 2025 , 17:16
Yeddinci mərtəbədən yıxılan qız sağ qaldı
9 may 2025 , 16:04
Masallıda "Prado" aşdı, sürücünün övladları və qohumu öldü - YENİLƏNİB
9 may 2025 , 16:02
Beyləqanda kişi işıq dirəyindən yıxılıb öldü
9 may 2025 , 10:23