Azərbaycanda vaqonda dəmiryolçunun cinsiyyət orqanını kəsdilər - TƏFƏRRÜAT
Dekabrın 11-də Beyləqan rayonunda baş vermiş hadisənin təfərrüatları və bəzi maraqlı məqamları məlum olub. Lent.az-ın məlumatına görə, Şahsevən kəndi ərazisində cinsiyyət orqanı kəsilən şəxs İmişli rayon sakini, Bəhramtəpə dəmiryol stansiyasının əməkdaşı İ.H-dir. Məlumata görə, İ.H iş yoldaşı, Zəngilan rayonundan məcburi köçkün olan Cəmil Müseyibovla dəmiryolu xətti yaxınlığında çayxana kimi istifadə olunan vaqonda yeyib-içiblər. Hər iki şəxs daha sonra sərxoş vəziyyətdə dalaşıblar. Bu zaman İ.H mətbəx bıçağı ilə iş yoldaşının bel nahiyəsinə zərbə endirib. Xəsarət almış Cəmil bıçağı onun əlindən almağa müvəffəq olub və daha sərxoş vəziyyətdə olan həmkarını cəzalandırıb. O bıçağı altdan yuxarı formada İ.H qasıq nahiyəsinə soxub. Bu zaman ikincinin cinsiyyət orqanı zədələnib. İ.H təcili olaraq Beyləqan rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlər onu əməliyyat edib, cinsiyyət orqanı yerinə tikilib. Xəstənin vəziyyəti ilə bağlı isə hələlik konkret fikir bildirmək mümkün deyil.
Hadisə ilə bağlı araşdırmalar aidiyyatı üzrə Dəmir Yol Nəqliyyatında Polis İdarəsinə verilib. Hazırda araşdırmalar davam etdirilir.
Nizam RZA
*****
15:23
Azərbaycanın Beyləqan rayonunda dəhşətli cinayət törədilib.
Beyləqan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Beyləqan Rayon Mərkəzi Xəstəxanasından şöbəyə rayon sakininin cinsiyyət orqanının kəsilməsi barədə məlumat daxil olub. Məlumata görə, hadisə rayonun Birinci Şahsevən kəndində qeydə alınıb. Kənddə bir qrup şəxs arasında dava baş verib, davada iştirak edənlərdən biri digər kənd sakininin cinsiyyət orqanını kəsib. Yaralı təcili xəstəxanaya çatdırılıb, polis baş vermiş hadisə ilə bağlı araşdırma aparır.

Oxşar yazılar

Ucarda ağır qəza - Minik avtomobili "KamAZ"a çırpıldı
25 avqust 2025 , 00:48
Gəncədə 29 yaşlı oğlanı bıçaqladılar
25 avqust 2025 , 00:13
“Sədərək” ticarət mərkəzindəki yanğın davam edir - YENİLƏNİB -VİDEO
24 avqust 2025 , 23:15
72 yaşlı kişi dənizdə boğulub öldü
24 avqust 2025 , 21:41
İsmayıllıda dağlıq ərazidə yanğın olub
24 avqust 2025 , 20:58
Pirə ziyarətə gedən iki qardaş və əmiləri çayda batdı-YENİLƏNİB
24 avqust 2025 , 19:21
Abşeronda uşaq binadan yıxılaraq öldü
24 avqust 2025 , 18:59