Azərbaycanda 6 polis əməkdaşı yol qəzasında yaralandı
Bakı-Şamaxı yolunda polis əməkdaşlarının xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib. APA-nın məlumatına görə hadisə bu gün səhər saatlarında yolun 90-cı kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Oğuz rayonunda yaşayan Göyçay sakini, 1979-cu il təvəllüdlü Hacıyev Vüqar Hüseyn oğlunun idarə etdiyi 90-HV-144 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını Ucar rayonunun Lək kənd sakini, 1989-cu il təvəllüdlü Abışov Cəlal Bəxtiyar oğluna məxsus 90-JE-536 dövlət nömrə nişanlı “KaMAz” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində “Mersedes”in sürücüsü Vüqar Hacıyev və sərnişinləri-Oğuz rayon Polis Şöbəsinin əməkdaşları olan 1959-cu il təvəllüdlü Əsədov Əbdüləzəl Əsəd oğlu, 1970-ci il təvəllüdlü İsmayılov Kərim Şirin oğlu, 1959-cu il təvəllüdlü Məmmədov Elşad Mövlud oğlu, 1971-ci il təvəllüdlü Beydullayev Vüqar Mədət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Daha iki polis əməkdaşı isə yüngül xəsarətlər aldığı üçün ambulator müalicə olaraq evə buraxılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, Qobustan rayonu, Bakı-Şamaxı yolununda "KAMAZ" markalı yük avtomobili ilə "MERCEDES-VİTA" markalı mikroavtobusun toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, mikroavtobusun sürücüsü yaralanıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin Yanğınsöndürən-xilasediciləri xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını mikroavtobusdan çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Mikroavtobusda yaralı vəziyyətdə olan 6 sərnişin müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım xidməti tərəfindən Qobustan rayon Mərkəzi xəstəxanasına aparılıblar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxşar yazılar

Bakıda "Jiquli" "BMW"-yə çırpıldı, xəsarət alanlar var
22 aprel 2025 , 01:16
Cəlilabadda FACİƏ: 8 yaşlı uşaq hasarın altında can verdi
21 aprel 2025 , 22:15
Sumqayıt tekstil fabrikində zəhərlənənlərin sayı 21 nəfərə çatdı - YENİLƏNİB
21 aprel 2025 , 20:28
14 yaşlı qız tualetdə doğduğu körpəni zibil qutusuna atdı
21 aprel 2025 , 19:59
Ağcabədidə DƏHŞƏT: Küçədəki ağacdan özünü asdı
21 aprel 2025 , 19:20
Dəvəquşu fermasının sahibi özünü güllələdi
21 aprel 2025 , 19:17Göygöldə 43 yaşlı kişi fermada FACİƏLİ şəkildə öldü
21 aprel 2025 , 18:01