Hərbi hissəni silahlı tərk edən əsgər saxlanıldı - YENİLƏNİB
Azərbaycan Ordusunun xidməti silahını götürərək hərbi hissəni tərk etmiş əsgəri saxlanılıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, Müdafiə Nazirliyinin Ağdamda rayonundakı "N" saylı hərbi hissəsini özbaşına tərk edən əsgər Abdulov Məhəmmədəli Elşən oğlu Ağcəbədi rayonun Arazbarı kəndi istiqamətində saxlanılıb. Onu polis və hərbiçilərdən ibarət operativ əməliyyat qrupu saxlayıb.
Qeyd edək ki, əsgər 1 ədəd avtomat və 4 ədəd avtomat darağını götürərək, hərbi hissəni tərk etmişdi.
***
10.50
Azərbaycan Ordusunun əsgəri xidməti silahını götürərək hərbi hissəni tərk edib. Bu barədə APA-ya Ağdam Rayon Polis Şöbəsindən məlumat verilib.
Hadisə Müdafiə Nazirliyinin Ağdamda rayonundakı "N" saylı hərbi hissədə qeydə alınıb.
Əsgər Abdulov Məhəmmədəli Elşən oğlu 1 ədəd avtomat və 4 ədəd avtomat darağını götürərək hərbi hissəni tərk edib. Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb, respublikanın bütün rayonlarının polis şöbələrinə məlumat verilib.
Ağdamda və daha bir neçə rayonda postlar qurulub. Hazırda onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, M. Abdulov Oğuz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Oxşar yazılar

Şəmkirdə 15 yaşlı qız bədbəxt hadisə nəticəsində öldü
24 iyul 2025 , 00:15
Şəmkirdə bıçaqlanmanın təfərrüatları məlum oldu
23 iyul 2025 , 23:03Aeroport yolunda maşın arakəsməni yarıb divara çırpıldı -VİDEO
23 iyul 2025 , 22:56
Ucar yolunda iki "Mercedes" toqquşdu, 11 nəfər yaralandı - YENİLƏNİB
23 iyul 2025 , 22:21
Saatlıda maşın qadını vurub öldürdü-YENİLƏNİB
23 iyul 2025 , 22:14
Gəncədə ƏMƏLİYYAT: axtarışda olan şəxs müqavimət göstərdi, polis atəş açdı
23 iyul 2025 , 20:07
Bakıda kişi pilləkəndən yıxılıb öldü
23 iyul 2025 , 19:33