Azərbaycanda 4 nəfər bədbəxt hadisənin qurbanı olub
İstirahət günlərində ölkə ərazisində bir neçə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bərdə rayonunun Qaradəmirçi kənd sakini Qəmər Qurbanova evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb. Bakı şəhərinin Binəqədi rayonunun Sulutəpə qəsəbə sakini Mərkəz Əliyev həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Bakı şəhərinin Nəsimi rayonu ərazisində isə, rayon sakini Cahan Şıxıyeva mənzilində dəm qazından zəhərlənərək ölüb, qızı Validəyə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.
Noyabrın 17-də Gəncə şəhərində, "Gənclik" ticarət mərkəzinin 3-cü mərtəbəsində tikinti işləri aparılarkən, yük qaldıran lift qurğusunun qırılaraq yerə düşməsi nəticəsində, qurğuda olanlar Goranboy rayon sakinləri Elşən Vəliyev, Ramin Kərimov və Gəncə şəhər sakini Rəşad Şəfiyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. E.Vəliyev orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Oxşar yazılar

Sumqayıtda FACİƏ: İki nəfər dənizdə boğuldu
27 iyul 2025 , 20:21
Çimərliklərdə asayişin qorunması ilə bağlı tədbirlər davam edir -FOTOLENT -VİDEO
27 iyul 2025 , 17:05
Bakıda bu yollar bağlanır - SƏBƏB
27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü
27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO
27 iyul 2025 , 12:37Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO
27 iyul 2025 , 11:14