Rusiya hərbi gəmisi 20 il sonra Bakıda
Lent.az-ın məlumatına görə, iki günlük səfərdə məqsəd Xəzərdə Rusiya və Azərbaycan dənizçilərinin arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.
Xəzər Flotiliyasının komandanı, kontr-admiral Sergey Alekminskinin rəhbərlik etdiyi Rusiya dənizçilərinin səfər proqramında işgüzar görüşlər, təcrübə mübadiləsi, birgə idman tədbirlərinin keçirilməsi, həmçinin Rusiya dənizçilərinin Bakının görməli yerləri ilə tanışlığı yer alır.
Azərbaycan HDQ-nin SAT xüsusi təyinatlılarının qoruması altında Bakı Beynəlxalq Dəniz Limanında lövbər salan gəmini Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov qarşılayıb. Səfər çərçivəsində Rusiya nümayəndə heyəti bu gün Azərbaycan HDQ-nin qərargahında olacaq. Həmçinin Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinə baş çəkəcəklər. Sabah isə Şəhidlər Xiyabanı, Fəxri Xiyaban, Dövlət Bayrağı Meydanı ziyarət olunacaq. Azərbaycan HDQ-nin rəhbərliyi Tatarıstan gəmisinə baş çəkəcək. Oktyabrın 10-u günün sonunda Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşelərinin gəmiyə tanışlıq səfəri olacaq. Gəmilər dəstəsi Bakını oktyabrın 11-də tərk edəcək.
20 il öncə
Keçmiş SSRİ dönəmində sovet dənizçiləri tərəfindən qapalı su hövzəsi olan Xəzər dənizi «kilkə dəniz» adlandırılıb. Lakin bu kiçik dəniz və ya böyük gölün özünəməxsusluqları mövcuddur ki, burada xidmət öz çətinliklərinə görə, dünya okeanlarındakından heç də geri qalmır. Xüsusilə də tez-tez hava dəyişkənliyi, bəzən günlərlə davam edən güclü küləklər dənizçiləri çətinliklərlə üz üzə qoyur. SSRİ-nin mövcud olduğu 70 ildə Xəzərdə onlarla hərbi gəminin batması da bu mürəkkəblikdən irəli gəlir.
1992-ci ildə keçmiş SSRİ-nin HDD-nin Qırmızı bayraqlı Xəzər Donanmasının Bakı və Moskva arasında bölünməsi həyata keçirildi. O dövrdə hərbi gəmilərin və inventarın bölgüsünün hər bir sahilyanı dövlətə 25% payın çatması ilə həyata keçirilməsi planlaşdırılsa da Qazaxıstan və Türkmənistanın öz paylarından imtina etməsi nəticəsində Donanmanın inventarı 75% Rusiyaya və 25% Azərbaycana çatmaqla bölünüb. Bölgünün həyata keçirilməsinə dair Bakıda danışıqların aparıldığı bir zamanda rus hərbçilər donanmanın nisbətən yeni gəmilərini poliqona aparmaq adı ilə Bayıl limanından çıxararaq Mahaçqalaya aparıb. Yerdə qalan gəmiləri isə azərbaycanlı dənizçilərin səyi nəticəsində Bakıda saxlamaq mümkün olub. Beləcə bölgü aparılan zaman Rusiya öz ərazilərində olan gəmiləri öz balansında saxlayıb. Azərbaycanın həmin dövrdəki hərbi rəhbərliyi buna heç bir etiraz bildirmədən razılaşıb.
«Kilkə» dənizdə böyük silahlanma
Müxtəlif hərbi mərkəzlərin proqnozlarına görə, Xəzəryanı ölkələr İran istisna olunmaqla 2012-2020-ci illər ərzində qədər Hərbi Dəniz Qüvvələri və sahil mühafizəsinin döyüş sıralarına ümumilikdə 60-a yaxın hərbi gəmi və kater daxil edə bilər. Hazırda verilmiş sifarişlər və baxılan proqramlar üzrə 2020-ci ilə qədər Qazaxıstanın 7-9 gəmi və kater, Rusiyanın ən azı 18, Türkmənistanın 12, Azərbaycanın isə 16-18 arası gəmi və kater inşa etdirməsi mümkündür. Sifarişlərdən bəlli olduğu qədər Rusiya və Qazaxıstan əsas ağırlığı artilleriya-raket katerlərinə, kiçik qabaritli desant və mina-tral gəmilərinə, Azərbaycan və Türkmənistan isə sərhəd-gözətçi gəmilərinə və iti sürətli katerlərə verəcək.
Mövcud imkanlar
Xəzər dənizində Rusiya hərbi donanmasının yaradılması barədə ilk qərarı I Pyotr 4 noyabr 1722-ci ildə qəbul edib. Hazırda Rusiyanın Xəzər Flotiliyası Mahaçqala və Həştərxanda bazalanıb. Flotiliya 106-cı su üstü gəmilər briqadası (Mahaçqala), 73-cü su mühafizə gəmiləri briqadası (Həştərxan), təchizat gəmiləri briqadası, axtarış və qəza-xilasetmə idarəsi, 556-cı əlahiddə hidroqrafik gəmilər divizionu, 43-cü hidroqrafik xidməti sahəsi, 77-ci (Kaspiysk şəhərində) qvardiya dəniz piyada briqadası və sahil raket divizionundan ibarətdir. Flotiliyada 15 min nəfər xidmət keçir. Bundan başqa, Xəzərdə Rusiya sərhəd xidmətinin iki gözətçi gəmiləri briqadası (6-cı və 17-ci) mövcuddur. Rusiya 2018-ci ilə qədər bütün silahlı gəmilərin 90%-ni yeniləməyi planlaşdırır. Xəzər Flotiliyasının flaqmanı 11661 layihəli “Gepard” sinifli döyüş gəmisi olan “Tatarıstan” raketdaşıyıcısıdır. Xəzərdə hazırda ən böyük və ən müasir döyüş imkanlarına malik gəmi olan Tatarıstanın çəkisi 1930 ton, uzunluğu 102 metrdir. Gəminin əsas silahı 130 kilometrə qədər atış uzaqlığına malik X-35E tipli gəmi əleyhinə qanadlı raketlərə malik “Uran” zərbə kompleksidir. Artilleriya silahlanmasına 76,2 mm-lik AK-176M və 30-mm-lik AK-630M avtomat topları daxildir. Gəminin hava hücumuna qarşı müdafiəsini “Osa-MA” raketləri təmin edir. Bununla yanaşı adıçəkilən gəmidə qayıqlara qarşı 533 mm-lik torpedalar quraşdırılıb.
Xəzərdə Rusiyadan sonra ikinci ən böyük dəniz qüvvələrinə malik ölkə sayılan Azərbaycan ən nəhəng gəmisi – HDQ-nin flaqmanı 1040 tonluq 159A layihəli "Bakılı" keşikçi gəmisidir. Bundan başqa, HDQ-nin balansına qayıq əleyhinə artilleriya kateri, raket katerləri, keşikçi gəmiləri, tral və reyd, və desant gəmiləri daxildir. Azərbaycan HDQ-nin balansında «Triton» tipli mini dənizaltılar da yer alır. HDQ ilə yanaşı Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi də mövcuddur. Xəzər regionunda ən müasir imkanlara malik olan DSX Sahil Mühafizəsinin döyüş sıraları yeni gəmi və katerlərlə gücləndirilib. Azərbaycan Xəzər regionunda hərbi dənizçilərin hazırlanması üçün ən «köklü» bazaya malikdir və hazırda Azərbaycanın hərbi məktəblərində Qazaxıstandan və digər ölkələrdən hərbi dənizçilər təhsil almaqdadırlar.
Qazaxıstan 2003-cü ildən HDQ-ni yaratmağa başlayıb və hazırda rəsmi Astana bu sahədə bir sıra proyektlər həyata keçirir. Bu il Qazaxıstan yerli müəssisədə inşa olunmuş 2 raket-artilleriya gəmisini donanmaya qəbul edib. Qazaxıstan HDQ-nın şəxsi heyəti 3 min nəfərdir. HDQ-nin tərkibinə təxminən 10 gözətçi, patrul katerləri, iki reyd tralı və iki kiçik hidroqrafik kateri daxildir. Qazaxıstanın Xəzərdə həmçinin sahil mühafizə briqadası mövcuddur.
Son 4 ildə HDQ-nin qurulması istiqamətində mühüm addımlar gerçəkləşdirən Türkmənistan Türkiyənin «Dearsan» şirkətindən 2 ədəd «Tuzla» tipli yeni gözətçi gəmisi, Rusiyadan isə «Tornado» və «Molniya» tipli raket katerləri alıb. Bundan başqa, Türkmənistan donanması 10 ədəd “Qrif” (1400 layihəli) və bir ədəd “Poşnt” (ABŞ-ın hədiyyəsi), bir ədəd “Sayqak” (14080 layihəli), 4 ədəd “Kalkan-M” tipli kateri, bir ədəd tral gəmisi mövcuddur. Bəzi məlumatlara görə, hazırda Türkmənistan dəniz piyadaları briqadasını formalaşdırma prosesindədir. Son olaraq, ötən ay keçirilən ilk dəniz təlimlərində Türkmənistan Türkiyədən aldığı iki gəmini nümayiş etdirib.
Öz hərbi-dəniz qüvvələrini əsasən körfəzdə yerləşdirən İranın isə hazırda Xəzərdə 90 ədəd kiçik və böyük tutumlu gəmiləri var. Onlardan ən müasirləri “Peykan” P224 və “Cohsan” P225 raket katerləridir. Onlar müvafiq olaraq 2003-cü il və 2006-cı ildə istehsal olunub. Bu gəmilər Çin istehsalı olan gəmi əleyhinə raketlərlə silahlandırılıb. Tehran bəyan edib ki, Xəzərdəki hərbi donanmasına yaxın illərdə daha 75 raketli gəmi və katerlər daxil edəcək. İran həmçinin Xəzərə yerli istehsal olan 1000 tonluq “Mouc” tipli korvetləri də daxil etməyi düşünür. Bu gəmi Ənzəlidə inşa olunur. Bundan başqa, İran Xəzərdə sualtı qayıqlara malik olsa da, bu qayıqların tətbiqi və dənizə çıxışları barədə hər hansı məlumatı gördüm deyən yoxdur.
Rəşad Süleymanov

4029