Elşad Abdullayevin qayınatasının evində axtarış aparıldı
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qayınatasının evində axtarış aparılıb. APA-nın məlumatına görə, bu gün prokurorluq əməkdaşları Hüseyn Əhmədovun yaşadığı evə baxış keçiriblər. Baxışın hansı məqsədlə keçirildiyi açıqlanmır.
Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.
Azərbaycanın baş prokuroru Zakir Qaralov ötən gün mətbuata verdiyi açıqlamasında həmin fakt üzrə cinayət işinin başlandığını və video çəkilişin aparıldığı ABU inzibati binasına baxış keçirildiyini bildirib. E. Abdullayev qanunsuz əməllərindən danışan Z. Qaralov bir sıra suallara aydınlıq gətirilməsi və G. Əhmədova ilə üzləşdirilməsi üçün onu Azərbaycana dəvət edib.
P.S. videomaterial youtube.com saytından götürülüb

Oxşar yazılar

Bakıda söndürülməmiş siqaret kötüyü yanğına səbəb oldu - VİDEO
29 iyul 2025 , 11:43
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
29 iyul 2025 , 11:28
Bakıda daha 2 nəfər DƏNİZDƏ BATDI: birinin 8 yaşı var
29 iyul 2025 , 11:09
Şəkidə DƏHŞƏT: 56 yaşlı kişi qocaları bıçaqladı
29 iyul 2025 , 10:55
Xaçmazda dənizdən meyit tapıldı - YENİLƏNİB
29 iyul 2025 , 09:01
Ağstafada yeniyetməni bıçaqladılar
29 iyul 2025 , 08:37
Zaqatalada məmurun evi yandı
29 iyul 2025 , 08:27