Siyəzəndə bir ailə qəzaya düşdü: ana öldü, iki azyaşlı yaralandı
30 sentyabr 2012 15:45 (UTC +04:00)

Siyəzəndə bir ailə qəzaya düşdü: ana öldü, iki azyaşlı yaralandı

Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəddi yolunun 110-cu km-də, Siyəzən rayonu ərazində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü Şabran rayon sakini Abdullayev Güləli Nurəli oğlunun idarə etdiyi “Mercedes” markalı avtomaşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücünün həyat yoldaşı, 1982-ci il təvəllüdlü Abdullayeva Tamilla Mehman qızı hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı ailənin iki azyaşlı övladları, 2011-ci il təvəllüdlü Ruqiyyə və 2006-cı il təvəllüdlü Fərqanə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Siyəzən Regional Diaqnostika mərkəzinə yerləşdiriliblər. Fərqanənin vəziyyəti ağır olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra onu Bakıda yerləşən xəstəxanalardan birinə aparıblar.

Faktla bağlı araşdırma aparılır.



1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3716

Oxşar yazılar

Kartlardan bir günə 20 min manatdan  çox pul oğurlandı

Kartlardan bir günə 20 min manatdan çox pul oğurlandı

15 may 2025 , 10:35
Daha 5 itkinin meyiti tapıldı

Daha 5 itkinin meyiti tapıldı

15 may 2025 , 10:25
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi BAŞLADI

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi BAŞLADI

15 may 2025 , 09:45
Biləsuvarda yeniyetmə oğlanın meyiti tapıldı

Biləsuvarda yeniyetmə oğlanın meyiti tapıldı

15 may 2025 , 09:23
Bakıda qəza nəqliyyat sıxlığı  yaratdı

Bakıda qəza nəqliyyat sıxlığı yaratdı

15 may 2025 , 08:29
Şamaxıda zəlzələ oldu

Şamaxıda zəlzələ oldu

15 may 2025 , 04:01
Gəncədə 19 yaşlı gənc  budundan bıçaqlandı

Gəncədə 19 yaşlı gənc budundan bıçaqlandı

15 may 2025 , 00:36
Göygöldə iki nəfər əkin sahəsində döyüldü

Göygöldə iki nəfər əkin sahəsində döyüldü

15 may 2025 , 00:25