Hədiyyə soyuq silah çıxdı
Sankt-Peterburq - Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Elnur Orucov gömrük nəzarətindən keçərkən hərəkətləri şübhə doğurduğundan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Orucov müvafiq qaydada şifahi sorğu-sual edildikdən sonra onun baqajına gömrük baxışı keçirilib.
Bu zaman E.Orucovun çantasının içərisindən gömrük nəzarətinə təqdim olunmamış - üzərində “Na dolquyu pamyat iz Uzbekistana” sözləri həkk olunmuş, dəstəyi ilə birlikdə uzunluğu təxminən 335 mm olan və metaldan hazırlanmış 1 ədəd bıçaq aşkar edilib. İlkin araşdırma zamanı E. Orucov izahatında bildirib ki, həmin bıçağı ona Sankt-Peterburq şəhərində olarkən Özbəkistan vətəndaşı Ozodbek adlı şəxs hədiyyə edib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən bıçaq kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu isə batıcı xassəyə malik ov bıçağıdır və soyuq silahdır.

Oxşar yazılar

Goranboy sakini Kəlbəcərdə minaya düşdü
5 avqust 2025 , 22:10
Çoban qayadan yıxılıb xəstəxanalıq oldu
5 avqust 2025 , 20:35
Qorxu filmindəki kimi: Kişi ilk görüşdə 19 yaşlı tələbəni parçaladı
5 avqust 2025 , 19:33
Xocalıda yanğın davam edir - FOTOLENT
5 avqust 2025 , 19:11
Göydən düşən balıq yanğına səbəb oldu - Qəribə hadisənin TƏFƏRRÜATLARI
5 avqust 2025 , 18:55
13 yaşlı uşaq atasını başından vurdu: Səbəb inanılmazdır
5 avqust 2025 , 18:18
Qonşusunu yadplanetli sanıb güllələdi
5 avqust 2025 , 16:34