Partlayışda yaralanan şəxslər ərazidən çıxarılır - FOTO
Sumqayıtda baş verən partlayışda yaralanan şəxslərin ərazidən çıxarılmasına başlanıb. Bu barədə APA-ya açıqlamasında Sumqayıt şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zahidə Məmmədova məlumat verib. Onun sözlərinə görə, təcilli yardım briqadaları artıq yanğın baş verən əraziyə daxil olublar: “Hazırda yaralıların evakuasiyası həyata keçirilir. Bir meyit və bir neçə yaralı yanğın baş verən ərazidən çıxarılıb”.
Z. Məmmədova ölən və yaralananların sayının nə qədər olmasını bilmədiyini qeyd edib: “Hələlik hadisə yerinə yenicə daxil olmuşuq. Bu sonda məlum olacaq”.
Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya bildirilib ki, yanğın baş vermiş ərazidən xəstəxanaya hələlik səkkiz yaralı gətirilib.
Qeyd edək ki, Sumqayıtda fəaliyyət göstərən zavodlardan birində partlayış qeydə alınıb. Yanacaq çənində baş verən yanğın partlayışa səbəb olub. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Baş vermiş partlayışın ilkin səbəbi də məlum olub. Yanğına yanacaq çəninin üzərində aparılan qaynaq işlərinin səbəb olduğu güman edilir.
Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib. Yanğınla bağlı 4-cü dərəcəli ən yüksək yanğın çağırışı verilib. Hazırda yanğının digər çənlərə keçməməsi məqsədilə çənlərin soyudulması prosesi aparılır.

Oxşar yazılar

DTX-nın tutduğu hərbçiyə HÖKM OXUNDU
21 may 2025 , 15:18
Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı
21 may 2025 , 12:20
Məhkəmədən Azər Qasımlı ilə bağlı YENİ QƏRAR
21 may 2025 , 12:07
Bakıda toy zamanı restoran alovlandı - VİDEO
21 may 2025 , 11:54
Həbsxanaya yağ qutusunda narkotik gətirdilər
21 may 2025 , 11:08
Mayamidə azərbaycanlı suda boğulub öldü
21 may 2025 , 10:49
Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı
21 may 2025 , 10:42