Binədəki zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb-YENİLƏNİB
16 sentyabr 2012 19:19 (UTC +04:00)

Binədəki zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb-YENİLƏNİB

Respublika Baş Prokurorluğu Binə Ticarət Mərkəzində baş vermiş kütləvi zəhərlənmə faktına münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında qeyd edib ki, baş vermiş hadisə ilə bağlı fakta görə, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu gün Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Zəhərlənməyə ticarət mərkəzində quraşdırılmış generatorlar səbəb olub. Ticarət mərkəzində elektrik enerjisi kəsildiyi üçün generatorlar işə salınıb. Generatorlarda yaranmış nasazlıq insanların kütləvi zəhərlənməsi ilə nəticələnib. Hadisə nəticəsində 100-ə yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

***
Bu gün Binə Ticarət Mərkəzində baş vermiş kütləvi zəhərlənmə baş verib. Zəhərlənənlərin sayı 80 nəfərə çatıb. Bu barədə APA-ya Klinik Tibbi Mərkəzdən məlumat verilib.

Məlumata görə, hazırda 65 nəfər Klinik Tibbi Mərkəzə yerləşdirilib, daha 15 nəfər isə paytaxtın digər xəstəxanalarına sövq edilib.

Zəhərlənən şəxslərdən bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.

Hazırda hadisə yerində araşdırma aparan Qaradağ rayon prokurorluğunun müstəntiqi Akif Tağıyev APA-ya deyib ki, hadisə nəticəsində ölüm halı qeydə alınmayıb: “Çoxlu sayda zəhərlənən var, lakin ölüm faktı olması barədə məlumatlar həqiqətə uyğun deyil”.

Müstəntiq deyib ki, hazırda faktla bağlı araşdırma aparılır: “Araşdırmanın sonunda fakta hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, ilkin ehtimala görə, zəhərlənmə elektrik enerjisinin kəsilməsi ilə bağlı ticarət mərkəzində quraşdırılmış generatorun texniki nasazlığı ucbatından baş verib.

***
Azərbaycanın ən böyük ticarət mərkəzində kütləvi zəhərlənmə baş verib.

APA-nın məlumatına görə, hadisə Bakıda fəaliyyət göstərən Binə Ticarət Mərkəzində qeydə alınıb. Hadisə yerinə çoxlu sayda təcilli yardım briqadaları cəlb edilib. Hazırda zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, zəhərlənməyə ticarət mərkəzində quraşdırılmış generator səbəb olub. Ticarət mərkəzində elektrik enerjisi kəsildiyi üçün generator işə salınıb. Generatorda yaranmış nasazlıq insanların kütləvi zəhərlənməsi ilə nəticələnib.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, hadisə yerinə xeyli sayda həkim briqadası göndərilib. Xeyli şəxsə hadisə yerindəcə ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olanlar isə xəstəxanalara aparılıb.

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, Binə Ticarət Mərkəzindən xəstəxanaya zəhərlənmə diaqnozu ilə 50-yə yaxın şəxs gətirilib. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7435

Oxşar yazılar

Abşeronda biznesmen özünü asdı

Abşeronda biznesmen özünü asdı

12 aprel 2025 , 19:20
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

12 aprel 2025 , 17:41
Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI

Elşad Abdullayev prokurorluğa ÇAĞIRILDI

12 aprel 2025 , 17:35
Bakıda narkotik çəkən taksi sürücüsü həbs olundu

Bakıda narkotik çəkən taksi sürücüsü həbs olundu

12 aprel 2025 , 16:41
Şamaxıda zəlzələ   oldu

Şamaxıda zəlzələ oldu

12 aprel 2025 , 16:04
Sərxoş olub maşının yerini unutdu,  polisə yalan DANIŞDI - Bakıda ŞOK OLAY

Sərxoş olub maşının yerini unutdu, polisə yalan DANIŞDI - Bakıda ŞOK OLAY

12 aprel 2025 , 15:43
Rayonda hamı onu axtarır

Rayonda hamı onu axtarır

12 aprel 2025 , 15:39
Aeroport yolunda QƏZA

Aeroport yolunda QƏZA

12 aprel 2025 , 15:04