Sel Ağdaş və İsmayıllıda körpüləri dağıdıb
12 sentyabr 2012 13:52 (UTC +04:00)

Sel Ağdaş və İsmayıllıda körpüləri dağıdıb

APA-nın xəbərinə görə, Türyançay və Çayqovuşançay çaylarına gələn güclü sel suları iki körpünü dağıdaraq yararsız hala salıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 245-ci kilometrliyində, Ağdaş rayonu ərazisindən keçən Türyançayın üzərindəki avtomobil körpüsü qəzalı vəziyyətə düşüb. Çaya gələn sel suları körpünün sütunlarını yuyaraq onun 4 yerdən çökməsinə səbəb olub. 1963-cü ildə istifadəyə verilən, uzunluğu 60 metr, eni 12 metr olan 3 sütundan ibarət körpü nəqliyyat vasitələrinin istifadəsi üçün yararsız sayılır. Hazırda nəqliyyat vasitələri alternativ olaraq Göyçay-Ucar-Ağdaş yolundan istifadə edirlər.
Türyançayın üzərində mövcud olan dəmir konstruksiyalı digər köhnə körpünün müvəqqəti olaraq təmir edilərək avtomobillərin hərəkətinin bərpası üçün iş aparılır.


Sel suları İsmayıllı rayonunun Çayqovuşan kəndindəki körpünü tamamilə dağıdaraq yararsız hala salıb. Ötən əsrin 50-ci illərində inşa edilən, uzunluğu 7 metr, eni 4 metr olan körpünün dağılması nəticəsində Çayqovuşan kəndi ilə rayon mərkəzinin avtomobil əlaqəsi kəsilib. Güclü sel körpünü aparmaqla yanaşı, çayın sahillərini yuyaraq onun enini 100 metrədək artırıb. Hazırda kənd sakinləri çaydan yük avtomobilləri vasitəsilə keçirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1723

Oxşar yazılar

Qəssabdan qaçan dana dama çıxdı -FOTO

Qəssabdan qaçan dana dama çıxdı -FOTO

16 iyun 2024 , 08:52
Goranboyda telefon oğrusu saxlanıldı

Goranboyda telefon oğrusu saxlanıldı

16 iyun 2024 , 08:37
"NİDA"çının həbs xəbəri yayıldı

"NİDA"çının həbs xəbəri yayıldı

15 iyun 2024 , 22:00
Şəmkirdə maşın 5 yaşlı uşağı vurub öldürdü

Şəmkirdə maşın 5 yaşlı uşağı vurub öldürdü

15 iyun 2024 , 21:38
İsmayıllıda 3 uşaq anasını cərəyan  vurub öldürdü

İsmayıllıda 3 uşaq anasını cərəyan vurub öldürdü

15 iyun 2024 , 19:22
Kənd ərazisindən insan kəlləsi  tapıldı

Kənd ərazisindən insan kəlləsi tapıldı

15 iyun 2024 , 19:17
“Sədərək”də YANĞIN

“Sədərək”də YANĞIN

15 iyun 2024 , 18:52
Bakıda qocaları aldadıb yarım milyondan çox  pullarını aldılar - VİDEO

Bakıda qocaları aldadıb yarım milyondan çox pullarını aldılar - VİDEO

15 iyun 2024 , 17:19