Ekologiya və Təbii Sərvətlər Nazirliyindən əhaliyə çağırış
17 avqust 2012 15:32 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən əhaliyə çağırış

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ETSN havaların isti keçməsi ilə əlaqədar bir daha əhalini meşələrdə və meşə ətrafı ərazilərdə olarkən odla ehtiyatlı olmağa çağırır.

Qeyd edək ki, dünən günorta saatlarında İsmayıllı rayonunun Tircan kəndi yaxınlığındakı İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Basqal meşəbəyliyinin 2 saylı meşə dolayında yanğın hadisəsi baş verib. İlkin ehtimala görə yanğına səbəb meşəyə böyürtkən yığmağa gələn yerli sakinlərin odla ehtiyatsız davranmaları olub.
# 2229

Oxşar yazılar