Əsgərimiz qayadan yıxılaraq yaralanıb
17 avqust 2012 13:20 (UTC +04:00)

Əsgərimiz qayadan yıxılaraq yaralanıb

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində qeydə alınıb. Ordumuzun əsəri, 24 yaşlı Samir Malik oğlu Adıgözəlov dağdan sürüşərək yıxılıb. Nəticədə ağır xəsarət alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Əsgərin vəziyyəti stabil-ağır qiymətləndirilir.

Qeyd edək ki, S. Adıgözəlov Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağırılıb.
# 1720

Oxşar yazılar