Xəzər sahilində 2 kişi meyiti tapıldı
17 avqust 2012 11:40 (UTC +04:00)

Xəzər sahilində 2 kişi meyiti tapıldı

Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dəniz sahilində tapılmış meyitin kimə məxsus olması müəyyənləşdirilib.

Bəlli olub ki, ölən şəxs Cəlilabad rayon sakini, 1988-ci il təvəllüdlü İbrahimov Famil Qurban oğludur. Onun hansı şəraitdə dənizə düşməsi, nə vaxt ölməsi dəqiqləşdirilir.

Oxşar hadisə Qaradağ rayonunda da qeydə alınıb. Xəzər dənizinin Səngəçal qəsəbəsi sahillərində, Bakı-Astara magistralının 42-ci kilometrliyinin yaxınlığında 40-45 yaşlı kişinin meyiti aşkarlanıb. Meyitin yaxınlığında yarımçıq araq butulkası, geyim əşyaları tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Nizam RZA
# 2095

Oxşar yazılar