Tanınmış hərbi ekspert İldırım Məmmədov vəfat edib
17 avqust 2012 11:07 (UTC +04:00)

Tanınmış hərbi ekspert İldırım Məmmədov vəfat edib

Mərhumun yaxınlarının APA-ya verdiyi məlumata görə, 61 yaşlı İ. Məmmədov ötən gecə ürək tutmasından dünyasını dəyişib. Mərhumun cənazəsi doğulduğu Tərtər rayonunun Qapanlı kəndinə aparılıb, orada dəfn olunacaq.

Qeyd edək ki, İ. Məmmədov 1951-ci ildə Tərtərin Qapanlı kəndində anadan olub. 1970-71-ci illərdə Almaniyadakı Sovet qoşunları qrupunda xidmət edib. 1971-75-ci illərdə Novosibirsk Ali Hərbi Ümumqoşun Siyasi Məktəbində təhsil alıb. 1975-ci ildən 1986-cı ilədək Uzaq Şərq Hərbi Dairəsində müxtəlif vəzifələrdə çalışıb. 1980-ci ildə Kiyevdə təkmilləşdirmə kursunu bitirib. 1984-88-ci illərdə Moskva Hərbi Akademiyasının ümumqoşun fakültəsində təhsil alıb. 1989-cu ildə Marşal Şapoşnikov adına Baş Qərargah Akademiyasının atəş kursunu bitirib. İ. Məmmədov Sovet Ordusunun 4 alayında komandir müavin olub. 1991-ci ilin noyabrından Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb.
1996-1998-ci illərdə hərbi hissə komandiri olub. 1999-2002-ci illərdə Ali Hərbi Məktəbdə baş müəllim vəzifəsində çalışıb. 2007-ci ildən bu günə qədər Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru idi.
# 1925

Oxşar yazılar