Türkiyə sərhədi bombalandı: 30 nəfər ölüb
16 avqust 2012 13:36 (UTC +04:00)

Türkiyə sərhədi bombalandı: 30 nəfər ölüb

Suriya ordusu dünən Türkiyə sərhədində yerləşən Azaz qəsəbəsini havadan bombalayıb. Lent.az-ın “Haber türk”-ə istinadən verdiyi məlumata görə, Suriyanın hərbi təyyarələri müxalifətin “qurtulmuş ərazi” hesab etdikləri Azaz qəsəbəsini bombalaması nəticəsində 30-dan çox insan ölüb, yüzlərlə insan yaralanıb.

Qeyd edək ki, Türkiyənin Kilis bölgəsinə aparılan 86 yaralı suriyalıdan 13 nəfəri dünyasını dəyişib.
# 2158

Oxşar yazılar