Azərbaycanda 4 nəfər suda boğulub
16 avqust 2012 12:19 (UTC +04:00)

Azərbaycanda 4 nəfər suda boğulub

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Qasımov Ülfət Şükran oğlu Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Hindarx qəsəbəsindən keçən hissəsində batıb.

Lənkəranda isə 56 yaşlı kişi göldə batıb 1956-cı il təvəllüdlü Bağırov Ziyafət Nəriman oğlu Lənkəranın Osaküçə kəndi ərazisindəki göldə batıb. Hər iki şəxsin meyiti FHN-in xilasetmə qüvvələri tərəfindən sudan çıxarılıb.

Bundan başqa Lənkəranın Şağlaser kəndində 7 yaşlı Paşayeva Leyla Əmir qızı su çəlləyinə düşərək boğulub.

Bakı ətrafındakı dəniz çimərliyində də boğulma hadisəsi qeydə alınıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidova bildirib ki, Suraxanı rayonu ərazisindəki Hövsan çimərliyində 35 yaşında naməlum kişi meyiti sudan çıxarılaraq polisə təhvil verilib.
# 1268

Oxşar yazılar