Hərbi prokuror: “Orduda “dedovşina” faktları var”
08 avqust 2012 16:00 (UTC +04:00)

Hərbi prokuror: “Orduda “dedovşina” faktları var”

“Ölümün səbəblərindən asılı olmayaraq, hətta əsgər durduğu yerdə vəfat edirsə belə, hər bir fakt üzrə cinayət işi açılır. Səbəblər ciddi şəkildə araşdırılır, hər bir fakt üzrə qanuni tədbirlər görülür”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev jurnalistlərə açıqlamasında deyib: “Sadəcə olaraq, biz hər bir fakt barədə ictimaiyyətə məlumat vermirik, buna heç ehtiyac da görmürük”.

Orduda “dedovşina” faktlarının olması barədə suala cavabında X. Vəliyev təəssüflə qeyd edib ki, bəzən belə faktlar ortaya çıxır: “Bunun səbəbi bəzi hallarda gərgin psixoloji vəziyyətlə əlaqədar olur, bəzən isə heç nədən, bir kəlmə söz üstündə müəyyən hadisə baş verir”.

Hərbi prokuror deyib ki, hərbi kontingentdə baş verən cinayətlərin sayının artması barədə yayılan məlumatların heç bir əsası yoxdur: “İldən ilə hərbi kontingentdə törədilən cinayətlərin sayı azalır. Məsələn, bu ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 10 faizdən artıq azalıb”.
# 461

Oxşar yazılar

Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

21 may 2024 , 21:09
Sumqayıtda fəhlə iş zamanı öldü

Sumqayıtda fəhlə iş zamanı öldü

21 may 2024 , 20:14
Bakıdan babasıgilə qonaq gedən  uşaq öldü

Bakıdan babasıgilə qonaq gedən uşaq öldü

21 may 2024 , 19:52
Bakıda gənc oğlan  özünü asdı

Bakıda gənc oğlan özünü asdı

21 may 2024 , 19:49
Məhkəmə "İmam Mehdi"nin  cəzasını azaltdı

Məhkəmə "İmam Mehdi"nin cəzasını azaltdı

21 may 2024 , 17:36
Azərbaycanda tələbə   yol qəzasında öldü

Azərbaycanda tələbə yol qəzasında öldü

21 may 2024 , 17:28
Bakıda  evdən meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

21 may 2024 , 17:15
Azərbaycanda məktəbli qız QIZILCADAN ÖLDÜ

Azərbaycanda məktəbli qız QIZILCADAN ÖLDÜ

21 may 2024 , 17:07