“Cənubi Qafqazda sülh gənclərin gözü ilə” layihəsinin icrasına başlanıb
02 may 2024 09:50 (UTC +04:00)

“Cənubi Qafqazda sülh gənclərin gözü ilə” layihəsinin icrasına başlanıb

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Cənubi Qafqazda sülh gənclərin gözü ilə” layihəsinin icrasına başlayıb.
Layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Cənubi Qafqazda sülh və etimad quruculuğu istiqamətində fəaliyyətini təbliğ etməkdir.
3 ay davam edəcək layihə çərçivəsində Cənubi Qafqazda sülh və etimadı yaradan lider kimi İlham Əliyevin qarşıya qoyulan bu vəzifələrin yerinə yetirilməsi istiqamətində fəaliyyəti ilə bağlı araşdırma xarakterli 12 yazı hazırlanaraq mediada dərc ediləcək.
Layihənin uğurla həyata keçirilməsi nəticəsində gənclərin Prezident Cənubi Qafqazda sülh və etimadı yaradan lider kimi İlham Əliyevin fəaliyyətləri barədə məlumatlılığı artacaq. Bu da “Rəvan” Gəncliyə Dəstək İctimai vətəndaş cəmiyyəti institutu kimi bir töhfəsi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2625
avatar

Oxşar yazılar