Xərc çəkmədən  mənzilin interyerini  dəyişdirməyin 3 YOLU
04 sentyabr 2024 11:48 (UTC +04:00)

Xərc çəkmədən mənzilin interyerini dəyişdirməyin 3 YOLU

Bəzən mənzilimizin interyerini dəyişmək istəyirik. Ancaq maddi xərclər buna icazə vermir. 

Lent.az xəbər verir ki, dizayner Yulia Tuçino xərc etmədən də evin dizaynını dəyişdirə biləcəyimizi açıqlayıb. 

Bunun üçün sadə 3 yolu təqdim edirik: 

Lampaları dəyişdirin

İstənilən şıq interyerin vacib hissəsi keyfiyyətli işıqlandırmadır. Ona görə də işıqlandırma sisteminiz köhnəlibsə, onları dəyişdirin. Ancaq lampa seçimi zamanı bəzi şeylərə diqqət etmək lazımdır. Məsələn, isti və ya soyuq işıq seçimi interyerdə hansı kölgələrin üstünlük təşkil etməsindən asılıdır.

Çiçək alın

Yalnız bayramlarda deyil, bütün il boyu təzə çiçəklər üçün vazalardan istifadə edin. Çiçək mağazalarında kiçik buketlər alın və ya bazarlarda yaşlı nənələrdən yabanı çiçəklər alın. Evinizin bəzi hissələrinə onları yerləşdirin. 

Xalçaları çıxarın

Köhnə və tozlu döşəmə ucuz interyerin əlamətidir. Köhnəlmiş xalçalardan xilas olun - döşəməni rəngləsəniz və mumla cilalasanız, bəlkə də mənzil onlarsız daha yaxşı görünəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2199
avatar

Sevinc Fərid

Oxşar yazılar