Gün boyu özünüzü yorğun hiss edirsinizsə, buna eviniz səbəb ola bilər. Ev dizaynı, əşyalar, yaşama şəkliniz sizin bütün ruh halınıza və yuxu nizamınıza təsir edir. Lent.az xarici KİV-ə istinadən bu yazıda özünüzü yorğun hissetməyinizə səbəb ola biləcək şeylərin nələr olduğunu sadalayacaq.
1. Səliqəsizlik
Siz təmizlik etməyərək istirahət etdiyinizi zənn edirsiniz, ancaq səliqəsizlik sizin özünüzü daha da yorğun hissetməyinizə səbəb ola bilər. Universitetlərdən birinin həyata keçirdiyi çalışmada aydın olmuşdur ki, dağınıqlıq, səliqəsizlik daha çox zehni enerji sərf etməyinizə səbəb olur və bu da stressi artırır.
2. Mavi divarlar
Evin yataq otağının divar rəngləri ilə bağlı araşdırma aparılıb və mavi divarların ürək çırpıntılarını yavaşlatdığı, qan təzyiqini aşağı saldığı və insanın özünü yuxulu hiss etməsinə səbəb olduğu görülüb. Mavi divar yataq otağı üçün gözəl bir seçim ola bilər, ancaq digər otaqlar üçün seçilməməyi məsləhətdir.
3. Televizorlar
Televizorlar və mavi ekranlı avadanlıqlar sizi yoran digər səbəblərdən biridir. Belə ki, mavi dalğalar beyində melatonin maddəsini əmələ gətirir. Bu maddə insanın yorğun və yuxulu olmasına səbəb olur.
4. Kofe
Bu içki səhərlər canqurtaran içkidir. Kofein enerjini artıran maddədir, lakin zaman keçdikcə sizin özünüzü yorğun hissetməyinizə səbəb olur.
5. Spirtli içki
Tərkibində spirt olan içkilər sizin tez bir zamanda yuxuya getməyinizə kömək edir. Lakin səhər normal oyandığınız vaxtdan daha tez oyanmanıza və yataqdan qopa bilməməyinizə də səbəb olur.
6. Şam
Şam qoxusu insanda dinləndirici və yuxu gətirici təsirə sahibdir. Lakin bu eyni zamanda yorğunluq hissini də aktivləşdirir.
7. Karbohidrat və Şəkər
Karbohidrat və şəkərli qidalar insanın özünü yorğun hissetməsinə səbəb olur.
8. Mobil telefonlar
Mobil telefonun ən böyük problemlərindən biri öyrəşdirici xüsusiyyətinin olmasıdır. 19-29 yaşlı insanlar arasında aparılan araşdırmada məlum olmuşdur ki, bu yaş qrupuna aid olan insanların 20 faizi gecə zəng, mesaj kimi səbəblərə görə bir neçə dəfə oyanır və yuxu nizamını pozur. Bu isə bir sonrakı günün yorğun keçməsinə səbəb olur.