Evdəki səliqəsizlik  sağlamlığa necə təsir edir?
28 mart 2025 10:10 (UTC +04:00)

Evdəki səliqəsizlik sağlamlığa necə təsir edir?

İlk yaz günləri ilə birlikdə bir çox ailədə ənənəvi yaz təmizliyi başlayır. Bu proses çox vaxt adi bir ev işi kimi qəbul edilsə də, mütəxəssislər bildirirlər ki, evdəki səliqəsizlik təkcə görünüşə deyil, həm də ümumi sağlamlığa mənfi təsir göstərir.

Lent.az məlumatına görə, evdə həddindən artıq qarışıqlıq həm fiziki, həm də psixi sağlamlığa mənfi təsir edir. Bu, allergiyaya, tənəffüs problemlərinə və stres səviyyəsinin artmasına səbəb ola bilər. Britaniyalıların 88%-i etiraf edib ki, evlərində artıq yığılmış əşyaları ayırmağa ehtiyac var.

Evdəki səliqəsizlik sağlamlığa necə ziyan vurur?
 

1. Allergik reaksiyalar və nəfəsalma problemləri
Toz gənələri, heyvan tükləri və kif göbələyi səliqəsiz evlərdə çoxalır. Xüsusilə rütubətli yerlərdə – vanna otağı və mətbəxdə kif göbələyi yaranır ki, bu da astma və digər tənəffüs xəstəliklərini ağırlaşdıra bilər. Böyük Britaniya Səhiyyə Agentliyinin (UKHSA) məlumatına görə, İngiltərədə təxminən iki milyon evdə kif göbələyi tapılıb.

Xüsusilə aşağıdakı insanlar üçün təhlükəlidir:

Xroniki ağciyər xəstəlikləri olanlar,

İmmuniteti zəif olan şəxslər,

Uşaqlar və yaşlı insanlar. Kif sporlarını udmaq xroniki öskürək, xırıltılı nəfəs və hətta ciddi tənəffüs infeksiyalarına səbəb ola bilər.

2. Mikrobların və bakteriyaların yayılması
Dağınıq evlərdə təmizlik az aparıldığı üçün bakteriyalar daha çox toplanır. Mətbəx xüsusilə riskli bölgədir, çünki çirkli səthlər qida yoluyla yayılan infeksiyalar üçün mənbəyə çevrilə bilər.

Nəticələr:

Nörovirus (bağırsaq infeksiyalarının əsas səbəbi) çirkli səthlərdə bir neçə gün aktiv qala bilər. Bu virusdan qorunmaq üçün xlor əsaslı təmizləyici vasitələrdən istifadə etmək vacibdir.

3. Mikropalstiklərin yığılması
Süni parçalardan, xalçalardan və ev tozundan gələn mikropalstiklər nəfəs yollarına daxil ola bilər və ya yeməyə qarışa bilər. Səliqəsiz evlərdə tekstil məhsulları çox olduğuna görə bu problem daha da güclənir. Alimlər hələ də mikropalstiklərin uzunmüddətli təsirlərini araşdırır. Lakin ilkin nəticələr göstərir ki, mikropalstiklər tənəffüs yollarında iltihaba və qıcıqlanmaya səbəb ola bilər.

4. Stres və psixoloji təsirlər
Evdə dağınıqlıq psixoloji sağlamlığa da ciddi təsir göstərir. Səliqəsiz mühitdə yaşamaq: Stres səviyyəsini artırır, Narahatlıq və həyəcan hissini gücləndirir, Diqqəti cəmləməyi çətinləşdirir, Rahat istirahət etməyə mane olur. Tədqiqatlar göstərir ki, evdə dağınıqlıq yüksək səviyyədə kortizol (stres hormonu) ifrazına səbəb olur. Təmiz və səliqəli mühit isə insanın emosional vəziyyətinə müsbət təsir edir.

Hansı tədbirləri görmək lazımdır?

Müntəzəm təmizlik aparın.
Xüsusilə mətbəx, vanna otağı və yataq otağı kimi kritik zonalara diqqət yetirin.
Evi yaxşı havalandırın və toz səviyyəsini minimuma endirin.
Lazımsız əşyaları yığmaq əvəzinə, onları ayırıb ata və ya bağışlaya bilərsiniz.

Nəticə: Evdə təmizlik və nizam-intizam təkcə vizual rahatlıq yaratmır, həm də fiziki və psixi sağlamlığı qorumağa kömək edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946

Oxşar yazılar