Difenbahya
05 dekabr 2020 19:51 (UTC +04:00)

Difenbahya

Bu ev bitkiləri sizi zəhərləyə bilər

Havalar soyuyanda bir çox bitkilər var ki, onları evimizdə, pəncərələrin önündə yerləşdirməli oluruq. Evimizə gətirdiyimiz bu gözəl canlılar nə qədər məsumdur?

Lent.az bu dəfə bizi tədricən zəhərləyən, evdə bəslədiyimiz çiçəklər haqda məlumat verəcək.

Difenbahya

Difenbahya gözəl rəngli və cəlbedici yarpaqlarına sahib olmasına baxmayaraq, zəhərlənməyə səbəb olan əsas bitkilərdən biridir. Difenbahya bitkisi ağızda qabarcıqlara, ishala, ürək bulanmasına və qusmağa, ağızda və boğazda yanma hissi, şişlik və ağrıya səbəb ola bilər.

Paşa qılıncı

Xalq arasında "ilan bitkisi" kimi tanınan “Paşa qılıncı” ev dekorasiyasında istifadə olunan qapalı məkan bitkisidir. Buna görünüşünə görə üstünlük verilsə də, zərərli təsirlərini unutmamaq lazımdır. Bitki mədə bulantısı, qusma və ishala səbəb ola bilər. Xüsusilə ev heyvanlarınızı “Paşa qılıncı”dan uzaq tutun.

Aloe vera

Aloe vera bitkisinin bu siyahıda olması sizi təəccübləndirəcək. Çünki bu bitki adətən ən yaxşı gözəllik və baxım məhsullarının tərkibində yer alır. Amma elm adamlarına görə, tərkibində ishal, allergiya və böyrək problemlərinə səbəb ola biləcək maddələr var.

Mariqold

Demək olar ki, hər evdə rast gələ biləcəyiniz, gözəl görünüşü ilə tez-tez üstünlük verilən mariqoldun məsum olmadığını bilirdinizmi? Mariqoldun şirəsi dəridə səpgilər yaradır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4205
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar