Yük maşını minik avtomobili ilə toqquşdu, ölənlər var
24 fevral 2024 03:01 (UTC +04:00)

Yük maşını minik avtomobili ilə toqquşdu, ölənlər var

Rusiyada yük maşını ilə minik avtomobili toqquşub.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Kostroma vilayətinin Manturovo rayonunda baş verən hadisədə dörd nəfər ölüb.

Qeyd olunur ki, cəsədlərin çıxarılması Manturovanın 56-cı yanğın-xilasetmə hissəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Qəzanın səbəbləri müəyyən edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3585
avatar

Oxşar yazılar