Yelena Zelenskaya  əri ilə münasibətindən   DANIŞDI -  VİDEO
05 mart 2024 18:04 (UTC +04:00)

Yelena Zelenskaya əri ilə münasibətindən DANIŞDI - VİDEO

Ukraynanın birinci xanımı Yelena Zelenskaya jurnalist Pirs Morqana müsahibə verib və burada genişmiqyaslı müharibənin əri Vladimir Zelenski ilə münasibətlərinə necə təsir etdiyini izah edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qadın ərini nadir hallarda gördüyünü etiraf edib. Bəzən sadəcə telefonla danışmağa belə vaxtları olmur.

"Mən onu hərdən prezidentin ofisində görə bilirəm, çünki mənim şəxsi ofisim var. Və bəzən ona zəng edə bilərəm. Əgər məşğul deyilsə, ofisinə gedib görüşə bilərəm, amma həmişə yox.

Təqvimlərimiz üst-üstə düşmür.Onun mənimlə danışmağa vaxtı varsa, mənim onunla danışmağa vaxtım olmur...Və dünən bir-birimizə zəng edə bilmədik,çünki o mənə üç dəfə zəng etdi,mən də məclislərdə idim.Sonra mən zəng etməyə başladım, o isə məşğul idi. Cavab verə bilmirdi”, - birinci xanım söyləyib.

O əlavə edib ki, indi onların həyatı paralel gedir.

"Ancaq bu normaldır", - Zelenskaya yekunlaşdırıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4089
avatar

Oxşar yazılar