Yunanıstan hökuməti Manolada qəsəbəsinin yaxınlığındakı fermer təsərrüfatında baş vermiş güllələnmənin tezliklə araşdırılacağını vəd edib.
	
	Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, olay nəticəsində  fermer təsərrüfatında çalışan  27 miqrant yaralanıb.
	Əsasən Banqladeşdən olan 200-ə yaxın işçi əmək haqlarının verilməsini tələb edəndə briqada başçıları onları atəşə tutub.
	
	Məlumatlara əsasən, çiyələk yığan mühacirlər 6 aydır əmək haqlarını ala bilmir.
	 
Fermer istintaq çərçivəsində artıq həbs edilib.
 
                 
                             
    