Bu ilin yanvar ayı ərzində Türkiyədə 47 pilot vəzifəsindən istefa verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu adıçəkilən ölkənin milli müdafiə naziri İsmət Yılmaz bildirib. Nazir 2010-cu ildə 147, 2011-ci ildə 149, 2012-ci ildə 174, 2013-cü ildə isə 214 pilotun istefa verdiyini də açıqlayıb.
“Ötən il rəqəmin o qədər yüksək olmasının səbəbi məcburi xidmət müddətini 10 ilə endirməyimiz idi”.