Tsarnayevlərin əmisi: «Tamerlan onu bağışlamağımı istədi»
19 aprel 2013 21:40 (UTC +04:00)

Tsarnayevlərin əmisi: «Tamerlan onu bağışlamağımı istədi»

Bostondakı terrorda şübhəli bilinən Tsarnayev qardaşlarının əmisi bildirib ki, qardaşların böyüyü Tamerlan ona zəng edərək, törətdiyi vəhşiliyə görə, bağışlamasını istəyib.

 

Lent.az-ın «CBS» teleşirkətinə istinadən məlumatına görə, Əlvi Tsarni bunları bildirib : «Dünən o, mənə zəng edərək, «məni bağışla» -dedi».

 

Ə.Tsrani əlavə edib ki, yegəninin belə bir vəhşiliyinə inana bilmir. O, deyib ki, son iki ildə Tamerlan və Coharla «ailə daxilində» ünsiyyətdə olmayıb.

 

Bir müddət öncə qardaşların başqa bir əmisi Ruslan Tsrani yegənlərini belə bir «vəhşilik törətməyə» vadar edən səbəbi bilmir. Onun sözlərinə görə, onlar ABŞ-da qaçqın status alıblar. «Tamerlan ekstermizmə meylli olub. Sonuncu dəfə mən onlarla 2009-cu ildən görüşmüşəm. Tamerlana oxuyub özünə karyera qurmağı tövsiyə etmişəm» -deyə, Ruslan Tsrani bildirib.

 

O, «CSB»-yə müsahibəsində Tamerlanın ölmündən «zərrəcə peşiman» olmadığını söyləyib. Ruslan Tsarni KİV vasitəsi ilə  Coharı təslim olmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1487

Oxşar yazılar