Tsarnayev qardaşların atası da danışdı…
Bostonda baş vermiş məlum partlayışda şübhəli bilinən Tsarnayev qardaşların atası «ədalətə nail olmaq üçün ABŞ-a» getməyə hazırlaşdığını bildirib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, marafondakı terrorda şübhəli bilinən Tamrelan aldığı güllə yaralarından xəstəxanada keçinib, o biri Cohar isə axtarışdadır.
Bu qardaşların atası Anzor Tsarnayev hazırda Mahaçqaladadır.
«Mən oğlumun olduğu yeri bilmirəm, onun başına gələnlərdən xəbərsizəm. Amerikaya uşağımı sağ görmək istəyirəm. Biz ədalətlə nail olmaq üçün Avropa məhkəməsinə müraciət edəcəyik. Kaş oğlumun olduğu yeri, onun başına gələnlərdən xəbərim olaydı…Baş verənləri anlamıram. Dünyanın hər yerindən o qədər zənglər gəlir ki ...» -deyə, o, telefon danışığında bildirib.
Tsarnayev baş verənləri təxribat sayır. Onun qənaətincə, tsarnayevlər ailəsi «siyasi intriqaların qurbanıdır».
O, əlavə edib: «Əgər o, suçlu idisə, nədən onu küçədə güllələyiblər? Bütün küçələrdə videokameralar quraşdırıldığı bir halda, onlar əllərində partlayıcı necə gəzə bilər? Belə olarmı? Bu təxribatdır»
Anzor Tsarnayevin sözlərinə görə, oğlanları «xeyirxah insanlardır» və «nə partlayıcı, nə tapança görüblər».
«Biz onlarla fəxr edirdik. ONlar yalnız oxumurdu, gələcək planlarını qururdu. Onlar öz bizneslərini qurmaq istəyirdi» - deyə, o, vurğulayıb.
A.Tsarnayev övladları ilə Bostondakı partlayışdan sonrada danışdığı və bunun sonuncu olduğunu söyləyib.