Tetçer öldü
08 aprel 2013 17:10 (UTC +04:00)

Tetçer öldü

 

Böyük Britaniyanın sabiq baş naziri, “Dəmir ledi” ləqəbli sabiq baş nazir Marqaret Tetçer vəfat edib. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Marqaret Tetçer 88 yaşında dünyasını dəyişib. 

 

Marqaret Tetçer 13 oktyabr 1925-ci ildə anadan olub. 1979-1990-cı illərdə Böyük Britaniyanın baş naziri olub. Sabiq hökumət başçısı “Dəmir ledi” ləqəbi ilə tanınıb və Böyük Britaniyanın tarixində yeganə qadın baş naziri olub.

Məktəbi əla qiymətlərlə bitirən Marqaret Oksford Universitetinə qəbul olub və eyni zamanda fəal siyasətə qoşulub. “Dəmir ledi” 1959-cu ildə parlamentə üzv seçilib. 1975-ci ildə isə Mühafizəkarlar partiyasına rəhbərlik etməyə başlayıb. 1979-cu ildə seçkilərdə qələbə qazanıb və 1990-cı ilə qədər Britaniya hökumətinə rəhbərlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2696

Oxşar yazılar