Özünü 2011-ci il sentyabrın 11-də ABŞ-da terror aksiyalarının təşkilatçılarından biri sayan Xalid Şeyx Məhəmməd çağırış yayıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, «Huffinqton Post» qəzeti bu çağırışı dərc edib.
O, islamın güc tətbiqi ilə yayılmasını Quranın qadağan etdiyini xatırladıb.
36 səhifəlik bildirişdə o, ilk dəfə «əl-Qaidə»-nin yüksək vəzifəli üzvlərinə müraciət edib.
Xalid Şeyx Məhəmməd 2003-cü ildə amerikalılar tərəfində Pakistanda ələ keçirilib, 2006-cı ildən isə Quantanamo həbsxanasında saxlanılır.
Məhəmməd bildirişində yazıb: «İslamla bağlı zor tətbiqi Quran qadağan edib».
Mənbə bildirib ki, bu onun əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edir.
O, təmasda olduğu amerikalı hakim, vəkil və başqa ABŞ vətəndaşlarını islamı qəbul etməyə çağırıb.
Xalid Şeyx Məhəmməd qeyd edib ki, kamerada «çox xoşbəxtdir»: «Cismim həbsdə olsa da, ruhum azaddır».