Şotlandiyada müstəqilliklə bağlı referendum keçiriləcək
16 oktyabr 2016 11:13 (UTC +04:00)

Şotlandiyada müstəqilliklə bağlı referendum keçiriləcək

Əgər Böyük Britaiya liderləri Avropa İttifaqından çıxmaq (Brexit) prosedurunu davam etdirərlərsə, Şotlandiyanın müstəqilliyi il əlaqədar təkrar referendum keçiriləcək.

 

APA-nın DW  nəşrinə istinadən verdiyi məlumata görə, bunu Şotlandiya Milli Partiyasının qapalı qurultayında ölkənin birinci naziri Nikola Stercen bəyan edib.

 

N. Stercen Şotlandiyanın Avropa İttifaqında saxlanılması üçün tədbirlərin görüləcəyini vəd edib. Birinci nazir qeyd edib ki, Böyük Britaniya hökuməti Şotlandiya iqtisadiyyatına zərbə vursalar, ölkə sakinləri “yaxşı gələcək” seçmək üçün yeni bir şans əldə edəcəklər. N. Stercen deyib ki, Şotlandiyanın gələcəkdə də Avropa İttifaqının daxili bazarına çıxışı olmalıdır: “Mən heç vaxt şübhə etməmişəm ki, Şotlandiya nə zamansa müstəqil olacaq. İndi isə mən buna daha çox inanıram”.

 

Qeyd edək ki, bu il iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda əhalinin 52 faizi ölkənin Avropa İttifaqından çıxmasının lehinə səs verib. Şotlandiyada da əhalinin 62 faizi Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalmasını dəstəkləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304

Oxşar yazılar

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12