Ukraynanın Donetsk vilayətində vurulmuş Malayziyaya Hava yollarına məxsus “Boeing-777” sərnişin təyyarəsinin qara qutuları Malayziya hökumətinə təhvil verilib. Lent.az-ın lenta.ru saytına istinadən məlumatına görə, qondarma Donetsk Xalq Respublikasının baş naziri Aleksandr Boroday qutuları şəxsən təhvil verdiyini deyib. O, qəzada ölən sərnişinlərin meyitlərini daşıyan qatarın artıq Torezə çatdığını da qeyd edib. Boroday əlavə edib ki, meyitlər tezliklə Xarkova çatdırılmalı və hollandiyalı ekspertlər tərəfindən müayinə olunmalı və meyitlərin tanınması prosesi aparılmalıdır.
Bundan başqa dünən Malayziyadan Donetskə gəlmiş 12 ekspert və məmur “Boeing-777” təyyarəsinin qəzaya uğradığı əraziyə gedə bilməyiblər: “Biz Donetsk dəmiryolu vağzalına çatan kimi atışma başladı. İnsanlar vahiməyə düşdü. Separatçılar hücuma keçmişdilər”, deyə malayziyalı jurnalist Qrabovo məlumat verib.