Rusiyada şaxtada partlayış: iki işçi həlak olub
23 yanvar 2014 00:08 (UTC +04:00)

Rusiyada şaxtada partlayış: iki işçi həlak olub

Kemerovo vilayətinin Prokopev şəhərində Dzerjinsk adına daş kömür şaxtasında metan qazının sızmasından partlayış baş verib.

 

Lent.az-ın «BBC» -yə istinadən məlumatına görə, partlayış baş verəndə şaxtada 105 nəfər olub. Onların 90-ı müstəqil şəkildə yuxarı qalxmışdı. Qalan 15 şaxtaçıdan 10-u ilə əlaqə qurulmuşdu. 4 şaxtaçının taleyindən xəbər yox idi.

 

Kemerovo vilayət administrasiyası mətbuat xidmətindən bildirilib ki, yeraltında qalan şaxtaçıların hamısı yer üstünə çıxarılıb: «İki şaxtaçı həlak olub».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar