Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasındakı təmsilçiləri qurumun toplantısını tərk edib. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, həmin yığıncaqda Britaniyanın Suriya üzrə qətnamə layihəsi müzakirə olunub.
Olayın təfərrüatı barədə məlumat yayılmayıb.
Mənbənin xatırlamasına əsasən, həmin layihədə BMT nizamnaməsinin 7 –ci maddəsinə uyğun olaraq, güc tətbiqi də nəzərdə tutulub.
«Britaniyanın qətnaməsində dinc suriyalıların kimyəvi silahdan qorunması üçün BMT nizamnaməsinin 7-ci maddəsinə uyğun olaraq, lazım olan bütün tədbirlərin görülməsi nəzərdə tutulub» - deyə, Britaniyanın baş naziri Devid Kemeron «tvitter» səhifəsində yazıb.