Rusiya Krım məsələsində öz şərtlərini açıqladı - <span style="color:red;">YENİLƏNİB
17 mart 2014 15:34 (UTC +04:00)

Rusiya Krım məsələsində öz şərtlərini açıqladı - YENİLƏNİB

Rusiya Xarici İşlər Nazirliyi Ukraynada yaranmış böhrandan çıxış üçün öz şərtlərini açıqlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya XİN-dən bildirilib ki, Moskva xarici tərəfdaşlarla birlikdə Ukraynada böhranın həlli üçün çoxtərəfli dəstək mexanizminin formalaşdırılmasına başlamağa hazırdır.

 

Rusiyanın təklifləri aşağıdakılardır:   

 

- ABŞ və Avropa Birliyi ilə bir yerdə Ukraynanın bütün siyasi qüvvələri üçün məqbul olacaq Ukraynaya Dəstək Qrupunun formalaşdırılması; 

 

- Ukraynanın neytral hərbi-siyasi statusunun BMT Təhlükəsizlik Şurasının xüsusi qətnaməsi ilə möhkəmləndirilməsi; 

 

- Krım əhalisinin referendumun nəticələri əsasında öz taleyini müəyyənləşdirmə hüququnun tanınması;    

 

- Ukrayna Ali Radası tərəfindən yeni federativ Konstitusiyanın hazırlanması üçün bütün bölgələrin təmsilçiliyi ilə təcili Konstitusiya yığıncağının çağırılması;  

 

- Yeni Konstitusiya layihəsinin ümumxalq referendumuna çıxarılması və qəbul edilməsindən sonra ümumi seçkilərin keçirilməsi;

 

- Rus dilinə ikinci dövlət dili statusunun verilməsi.

 

Rusiya XİN bu təkliflərin bir həftə əvvəl ABŞ, Avropa ölkələri və digər tərəfdaşlara təqdim edildiyini açıqlayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2336

Oxşar yazılar