Portuqaliya hökuməti Ana Yasa məhkəməsinin büdcə ilə bağlı qərarı ilə razı olmadığını bildirib.
Portuqaliyanın Ali Məhkəməsi büdcənin bir neçə maddəsindəki dövlət xərclərinin ölkə Ana Yasasına zidd hesab edib. Məhkəmə yay tətili ilə əlaqədar dövlət məmurlarına və təqaüdçülərə yardım verilməsi maddəsinin ləğvini qanunsuz sayıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bununla da ali məhkəmə instansiyası hökumətin 1,5 milyard avro qənaət etməsini əngəlləyir. Halbuki bu məbləğdə maliyyə vəsaitinə qənaəti gerçəkləşdirəcəyi halda Avropa Birliyi Portuqaliyaya təcili 100 milyard avro kredit ayıracaq.
Ana Yasa məhkəməsinin qərarına etiraz etməsinə baxmayaraq, hökumət bu sənədə hörmət etdiyini bildirib.
Nazirlər kabinetinin fövqəladə toplantısından sonra baş nazir yaxın zamanda gələcək fəaliyyəti müzakirə etmək üçün prezidentlə görüşəcək.