Obamanın İsrailə səfəri ertələnə  bilər
01 mart 2013 20:40 (UTC +04:00)

Obamanın İsrailə səfəri ertələnə  bilər

0

ABŞ prezidenti Barak Obama yenidən prezident seçildikdən sonra ilk səfərini edəcəyi ölkə uzun sürə müzakirə edilmişdi.

 

Sonradan bu səfərin İsrailə ediləcəyi ilə bağlı məlumat yayıldı.

 

Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, bu il yanvarın 22-də yəhudi dövlətində keçirilən parlament seçkilərindən sonra Binyamin Netanyahunun koalision hökuməti qura bilməməsi B.Obamanın bu ölkəyə səfərinin təxirə salınacağı ehtimalını gündəliyə gətirib.

 

İsrailin «TV10» telekanalı bildirib ki, bu il martın 10-na Barak Obamanın nəzərdə tutulan səfərinin təxirə salınacağı planı haqda məlumat yayıb.

 

ABŞ liderinin yəhudi dövlətinə ya martın 21-də, ya da aprelin 14-də, yəhudilərin Pasxa bayramı günü səfər edəcəyi haqda ehtimallar irəli sürülür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 750

Oxşar yazılar