Nəticəsiz müzakirə: tərəflər biri-birindən uzaqdır
06 aprel 2013 20:23 (UTC +04:00)

Nəticəsiz müzakirə: tərəflər biri-birindən uzaqdır

Almatıda «altılıq» ölkələri ilə İran arasında Tehranın atom-nüvə probleminə dair danışıqların növbəti mərhəlsi də nəticəsiz başa çatıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,danışıqlarda iştirak edən Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Sergey Ryabkov bildirib ki, danışıqda detallardan söz açılsa da, altılıq»la İran arasında qarşılıqlı anlaşma baş verməyib.

 

«Danışıqlar çox sürəkli keçdi. Çoxlu detallardan söz açıldı. Tərəflər başlıca məsələyə diqqət yetirdi. Bu ciddi nəticədir»-deyə, xarici işlər nazirinin müavin S.Ryabkov bildirib.

 

Bununla belə o, müzakirələrdə irəliləyişin olmamasından təəssüfləndiyini vurğulayıb.

 

Danışıqlardan sonra keçirilən mətbuat konfransında  Avropa Birliyinin ali komissarı Ketrin Eşton isə deyib ki, tərəflərin mövqeyi  hələ də biri-birindən «uzaqdır».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588

Oxşar yazılar