Nepalda cadugər «ovu»
07 aprel 2013 07:19 (UTC +04:00)

Nepalda cadugər «ovu»

Nepal hakimiyyəti yaşlı qadına basqını pisləyib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, həmkəndliləri onu cadugərlikdə ittiham ediblər.

 

Məlumata əsasən, 60 yaşlı qadını ölkənin qərbində uzaq bir kənddə soyunduru,saçının qırxıb, ifrazatı yeməyə məcbur edib,döyüblər. Bu kənd şurasının qərarına uyğun olaraq,həyata keçirilib. Onlar qadını ifritə adlandırıb və bildiriblər ki, bütün bədbəxtliklər və ölümü o, yayır.

 

Hakimiyyət baş verənləri araşdırmaq üçün kəndə komissiya gönjərəcəyini bildirib.

 

Bu Nepalın ucqar kəndlərində baş verən ilk hadisə deyil.Ötən il 40 yaşlı qadını oxşar ittihamlarla mühakimə edərək, diri-diri yandırıblar.

 

8 nəfər bu cinayətə görə  mühakimə olunsa da,barələrində  demək olar ki, hökm çıxarılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 953

Oxşar yazılar