Moskva polisi 30-a yaxın bankomatı yaran şəxsləri yaxalayıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində 30 yaşlı Moskva sakini və 44 yaşlı erməni hadisə yerində həbs olunub. Onların ifşa olunmasında ərzaq dükanlarının birində çalışan qadın yaxından iştirak edib. O polisə məlumat verərək mağazaya bankomatın təmir olunması ilə bağlı 2 nəfər şəxsin gəldiyi və xüsusi alətlərlə onu söküb yerə qoyduqlarını deyib. Qadının sözlərinə görə, özlərini zədələnmiş və təmirə ehtiyacı olan bankomat aparatlarının düzəldilməsi firmasının nümayəndələri kimi təqdim edən şəxslər daha sonra avtomobilə əyləşərək gediblər. Satıcı həmin şəxslərin getdiyi maşının nömrəsini polisə çatdırıb. Araşdırma zamanı avtomobilin sahibinin əvvəllər məhkum olunduğu üzə çıxıb və polis dərhal əməliyyat qrupu yaradıb. Cinayətkarlar Borisovskiy küçəsində növbəti bankomatı yarmağa hazırlaşan zaman həbs olunublar.

Oxşar yazılar

Qəzzada döyüşlər yaxın 2-3 həftə ərzində bitə bilər
25 avqust 2025 , 23:41
Britaniya əhalisi arasında piylənmə milyardlarla funta başa gəlir
25 avqust 2025 , 22:35
Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
25 avqust 2025 , 21:03
15 çürümüş meyit tapıldı
25 avqust 2025 , 15:40
Bu qəsəbədə qayaların altında yaşayırlar
25 avqust 2025 , 13:59
Gördüklərinizə inanmayacaqsınız - Dünyanın ən qəribə rekordları
25 avqust 2025 , 11:41
Avropa poçt xidmətləri ABŞ-a bağlama göndərməyi dayandırır
25 avqust 2025 , 07:38