MSK-a Vuyanoviçi rəsmi prezident elan edib - YENİLƏNİB
09 aprel 2013 02:48 (UTC +04:00)

MSK-a Vuyanoviçi rəsmi prezident elan edib - YENİLƏNİB

Monteneqro Mərkəzi Seçki Komissiyası prezident seçkinin rəsmi nəticələrinə açıqlayıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bütün seçki məntəqələrində səslər sayılıb və hazırkı dövlət başçısı Filipp Vuyanoviç yeni prezident olub.

 

İkinci namizəd Miodraq Lekiç isə seçkinin nəticələrinin saxta olduğunu bildirib.

 

Vuyanoviç seçkiqabağı kampaniya zamanı ölkəsinin qısa müddətdə NATO-ya üzv olacağını boyun olub.

 

Müxalifət isə 20 illik hakimiyyəti dövründə prezident partiyasının «korrupsiyaya bulaşdığını» deyir.

***

01.57

Monteneqro Dövlət Seçki Komissiyası bildirib ki,ilkin hesablamalara əsasən prezident seçkilərini indiki prezident Filip Vuyanovic udub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o , 51,2 faiz səs toplayıb.
 

Filip Vuyanovic 1954-cü ildə Belqradda, Serbiyanın paytaxtında anadan olub. 1978-ci ildə Belqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1993-95-cü illərdə Moneteneqronun (Çernoqoriya, Qaradağ) ədliyyə naziri, 1995-98-ci illərdə daxili işlər naziri, 1998-2002-ci illərdə hökumət sədrinin müavini, 2002-ci ildə parlament sədri olub.

 

2003-cü ildə Filip Vuyanovic Monteneqronun prezidenti seçilib. Bu onun üçüncü prezidentliyidir.

 

Ölkə qanunlarına əsasən, bir nəfər iki dəfədən artıq bu postu tuta bilməz. Ancaq Ana Yasa məhkəməsi bildirib ki, Monteneqro 2006-cı ildə müstəqilliyini qazanıb.

Ona görə də onun prezidentliyinin ikinci dönəmi 2008-ci ildən sayılır.


Onun rəqibi Miodrag Lekic 48,8 faiz səslə ikinci olub. Müxalifət isə öz namizədi Miodraq Lekiçin qalib gəldiyini iddia edib. Onun seçki qərargahının başçısı Qoran Daniloviç «kobud qanun pozuntularının» olduğunu söyləyərək, «Miodraq Lekiçin qələbəsinin oğurlanmasına yol verməyəcəklərini» bildirib.

 

Onu dəstəkləyən müxalif «Demokratik Cəbhə» hərəkatının bir neçə üzvünün etiraz əlaməti olaraq, parlamentin işini boykot edəcəyi gözlənilir.

Monteneqroda prezidentlik daha çox mərasim vəzifəsidir.

 

Beynəlxalq müşahidəçilər seçkinin ATƏT standartlarına cavab verdiyini bildirib.

# 478
avatar

Oxşar yazılar