Məşhur kriminal avtoritet həbsxanada öldü
06 aprel 2013 12:16 (UTC +04:00)

Məşhur kriminal avtoritet həbsxanada öldü

 

 

Rusiyanın məşhur “qanuni oğru”larından biri Eduard Krasnov cəza çəkdiyi həbsxanada vəfat edib. Lent.az-ın “aznews.az” saytına istinadən verdiyi məlumata görə, “qanuni oğru”nun ölümünə səbəb vərəm xəstəliyi olub. 63 illik ömrünün yarıdan çoxunu həbsxanada keçirən Eduard Krasnov əslən qazaxıstanlıdır. O, 4 dəfə Orta Asiya respublikalarında məhkum edilib.

Oğru ailəsinə 1970-ci illərin əvvəllərində Frunze şəhərində islah-əmək müəssisəsində qiyamdan sonra qoşulan Krasnov öz cəsarətinə görə ailəyə daxil olmaq imkanı qazanıb. 

1997-ci ildən etibarən Rostovda “hakimiyyəti” ələ alan Eduard Krasnov erməni “qanuni oğru”larla haqq-hesab çəkməli olub. Ancaq Gürcüstandan olan erməni “qanuni oğru”ları Ded Xasan himayə etdiyindən mübarizə asan olmayıb. O “obşak”ın pulunu xanımının zinət əşyalarına xərcləməkdə ittiham ediblər. 1999-cu ildə həyat yoldaşının qohumu olan Arif Hacıyevin öldürülməsindən sonra bir neçə il Rostovdan kənarda gizlənməli olub. 

2010-cu ildə narkotik satışı ilə əlaqədar 9 il həbsə məhkum edilən Krasnov bu müddətin ancaq 3 ilini dəmir barmaqlıqlar arxasında keçirib və vərəmdən vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2682

Oxşar yazılar

Özbəkistanda zəlzələ  oldu

Özbəkistanda zəlzələ oldu

6 iyul 2025 , 20:43
Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

6 iyul 2025 , 19:38
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

6 iyul 2025 , 07:30