Ukrayna parlamentində növbəti prezident seçkisinin keçirilmə tarixi ilə bağlı qərar layihəsi qeydə alınıb.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, sənədin müəllifi «Batkivşina» fraksiyasının təmsilçisi Aleksandr Brinqinetsdir. O, bildirib ki, hazırkı prezident Viktor Yanukoviç 2010-cu il fevralın 25-də and içib.Onun prezidentliyinin 5-ci ili də 2014-cü il fevralın 26-dan başlayır. Deputatın sözlərinə əsasən, bu səbəbdən də ölkə Ana Yasasına uyğun olaraq, prezident seçkisi bu il martın 30-da keçirilməlidir.